Bakı. Trend:
Bu gün Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərində su olmayacaq.
Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.
"Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri əlaqədar 10 oktyabr 2022-ci il tarixində gün ərzində Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda qeyd olunub.