...

Türkiyəli psixoloqlar ölkəmizdə 611 vətəndaşa yardım göstərib - FHN (FOTO/VİDEO)

Cəmiyyət Materials 12 Oktyabr 2022 09:53 (UTC +04:00)
Türkiyəli psixoloqlar ölkəmizdə 611 vətəndaşa yardım göstərib - FHN (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən müddət ərzində 611 vətəndaşa, o cümlədən 58 uşağa 1272 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti