Bakı. Trend:
Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz
olunacaq.
Abşeron yarımadasında gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda
gecə 13-15° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi
normadan yüksək 772 mm civə sütunundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 18-dən 19-na keçən gecə bəzi
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər
tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə
duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda
gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.