...

Qobustan qəsəbəsində şəhid Əzizli Sadiqin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2022 15:57 (UTC +04:00)
Qobustan qəsəbəsində şəhid Əzizli Sadiqin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Əzizli Sadiq Zaur oğlunun 40 mərasimi keçirilib.

Şəhidin mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şəhidin ailə üzvləri, qazilər, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, məzarı önünə əklik və gül dəstələri qoyulmuşdur. Daha sonra Şəhidin məzarı yaxınlığında inşa edilmiş xatirə lövhəsinə baxış keçirilmişdir.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti