...

DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2022 14:49 (UTC +04:00)
DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək (FOTO)

Bakı. Trend:

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) rəhbərliyi ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, BSTA-nın təşkil etdiyi bu Forumda DOST Agentliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğurlara imza atıb: BSTA tərəfindən DSMF “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları, DOST Agentliyi “Xidmət keyfiyyəti” meyarı üzrə üç Mükəmməllik Sertifikatı ilə təltif ediliblər. Bununla da cari ildə hər iki qurumun təltif edildikləri beynəlxalq mükafatlarının sayı artıq 11-ə çatıb.

Görüş zamanı F.Məmmədov BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano, baş katibin ofis rəhbəri Yens Şremmer və Avrasiya üzrə regional koordinator Dmitri Karasyova son illər Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, Agentliyin uğurları, icra etdiyi layihə və proqramlar barədə geniş məlumat verib.

BSTA nümayədələri DOST Agentliyinin fəaliyyətini böyük maraqla qarşılayıb, DOST modelinin BSTA platforması vasitəsilə digər ölkələrə çatdırılacağını bildiriblər.

Qeyd ediblər ki, Azərbaycanın dövlət sosial xidmətlərinin göstərilməsi sahəsindəki nailiyyətlərini digər ölkələrə nümunə kimi göstərmək üçün DOST Agentliyi müxtəlif vebinar, seminar və konfranslara cəlb ediləcək.

Görüş zamanı DOST Agentliyinin BSTA-ya üzvlüyü, eləcə də qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.

BSTA 160 ölkədən 320 sosial sığorta və sosial təminat qurumunu özündə birləşdirən aparıcı beynəlxalq təşkilatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti