...

Qadağan olunan qənd məhsullarını yas mərasimlərində verməyə çalışırlar - AQTA sədri

Cəmiyyət Materials 27 Oktyabr 2022 12:30 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi istehsalçılar qadağan olunan qənd məhsullarını yas mərasimlərində istifadə üçün verməyə çalışırlar.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.

O bildirib ki, qənddə tapılan maddə insan sağlamlığı üçün olduqca təhlükəlidir:

"Həmin qənd məhsulları satışdan yığışdırılır. Lakin vətəndaşlarmızın həssas yerini bilirlər və görürlər ki, yas mərasimlərinə nəzarət etmək çətindir. Ona görə də qadağan olunan qəndləri burada istifadə üçün verməyə çalışırlar", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti