...

Qaradağda 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilir (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2022 16:25 (UTC +04:00)
Qaradağda 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilir (FOTO)

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, 8 Noyabr – Zəfər Günü ərəfəsində bayram münasibəti ilə dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrini ziyarət etmək, onların bayramlarını təbrik edərək, ailələrə yardım edilməsi planlaşdırılıb.

Bu gün - 1 noyabr 2022-ci il tarixində Qaradağ Rrayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri Lökbatan qəsəbəsi şəhid Məzdək Əli oğlu Eyvazlının, şəhid kapitan Pərviz Ələddin oğlu Məmmədovun, şəhid Rafiq Baloğlan oğlu İbadovun ailələri ziyarət olunub. Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilib, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti