...

Azərbaycanda 6 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 7 Noyabr 2022 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb, ölən yoxdur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 823 539 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 302 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

Ölkədə son sutka ərzində 598 , hazırkı dövrədək isə 7 333 740 test aparılıb.

Xəbər lenti

Xəbər lenti