...

Azərbaycanda 8 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 10 Noyabr 2022 19:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış vəfat edən şəxs olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 454 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 181 nəfərdir.

Ölkədə son sutka ərzində 1 402, hazırkı dövrədək isə 7 339 257 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti