Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Həmin soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər və bu proqramın təsdiq olması onlar üçün çox böyük sevinc bəxş etmiş oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya qoyduğu bütün məqsədləri uğurla reallaşdırır.
“Vətən müharibəsindən sonra qarşıda duran ən ümdə məsələrdən biri işğaldan azad edilmiş torpaqlara “Böyük qayıdışa” start vermək idi. Əlbəttə bunun üçün xeyli işlər görmək lazım idi. İlk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vacib idi. Cənab Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqe ortaya qoydu və bu işlərin sürətli şəkildə həyata keçirilməsi üçün lazımi tapşırıqlar verdi. Nəticədə, Azərbaycan Vətən müharibəsindən dərhal sonra bu işlərə başladı və ərazilər minalardan təmizləndikcə yendənqurma və bərpa işlərinə start verildi. Vətən müharibəsində qələbədən ötən qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılıb və bu işlər bu gün də davam etməkdədir.
Çox sevindirici haldır ki, artıq görülən işlər real nəticələr verib. Bu ilin may ayının 5-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər. Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi.
Bu tədbirlərin ardı olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarilə Azərbaycan Respublikası Prezidentinin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürüdür”, - deyə deputat bildirib.
O qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planı olduqca geniş və əhatəlidir bir çox dünya dövlətlərində bütövlükdə ölkə miqyasında qəbul edilən inkişaf proqramlarından qat-qat daha əhatəlidir.
Dövlət Proqramı göstərir ki, yaxın gələcək – növbəti 4 il üçün
Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər yalnız tikinti və
quruculuq ilə məhdudlaşmır, eyni zamanda dayanıqlı icmaların
yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli
mexanizmlərin, gələcəkdə məşğulluğun təmin edilməsi və s. kimi
kompleks məqsədləri əhatə edir.
Digər bir vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan bu nəhəng
layihələri öz imkanları hesabına, xaricdən heç bir dəstək almadan
həyata keçirir. Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında
ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr
həyata keçirərək azad edilmiş torpaqları çiçəklənin bir diyara
çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır” , -
deyə A.Həsənova vurğulayıb.