...

Bakıda rüşvətlə bağlı səs yazısı yayılan keçmiş direktora yeni təyinat verilib

Cəmiyyət Materials 23 Noyabr 2022 12:52 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin sabiq direktoru 34 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Bu barədə bu gün Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.

Xatırladaq ki, bir müddət öncə N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılıdığı bildirimişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti