...

“Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsinə start verildi (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2022 18:03 (UTC +04:00)
“Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsinə start verildi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

23 noyabrda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə bu ilin 20-27 noyabr tarixlərində “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici blogerin ölkəmizə səfəri başlayıb.

ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən blogerləri qəbul edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov onlara bu yerin tarixi əhəmiyyəti haqqında məlumat verib. Qonaqlar İçərişəhər Qoruğu ilə tanış olaraq, tarixi abidələr haqqında məlumatlar əldə ediblər.

Daha sonra xarici blogerlər Qarabağla keçirilən təqdimatlarda iştirak ediblər. Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev şəhər dağıntısı mənasını verən urbisid anlayışı, slaydlarla Şuşa, Füzuli, Ağdamda erməni işğalı nəticəsindən öncə və sonra dağıntıya məruz qalmış abidələr, eləcə də təmsil etdiyi qurumun son iki il ərzində tarixi abidələrinin (Üzeyir Hacıbəyovun heykəli, Şuşa Xalça Muzeyi, Şahbulaq qəsrinin) bərpası, ağıllı parkların yaradılması, çayların bərpası istiqamətində görülən işlərdən bəhs edib.

Dünya şöhrətli fotoqraf Reza Deqhati Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı dağıntıları əks etdirən şəkilləri nümayiş etdirərək, öz təəssüratlarını onlarla bölüşüb.

Azərbaycan Turizm Agentliyinin nümayəndəsi Nuray Əhmədova Azərbaycanın turizm potensialı və marşrutları, təbiət və istirahət məkanları, xaricdən ölkəyə səfər etmək qaydaları, eləcə də Azərbaycanın hazırda iştirak etdiyi “Ənənəvi yemək mədəniyyəti” (Slow food) beynəlxalq layihəsi haqda məlumatlar verib.

Qeyd etmək lazımdır ki, xarici blogerlər gün ərzində Bakı haqqında videolar hazırlayaraq paylaşımlar ediblər.

Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.

Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, “Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.

Xəbər lenti

Xəbər lenti