...

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 27 Noyabr 2022 11:32 (UTC +04:00)
Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olmuş, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bu gün məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.

Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti