Bakı. Trend
STEAM layihəsi Azərbaycanın 318 məktəbində tədris olunur və 22 STEAM mərkəzi mövcuddur.
Trend xəbər verir ki, bunu bu gün "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022"nin açılış mərasimində deyib.
O bildirib ki, bu məktəblərin 126-sı regionlarda, 192-si isə Bakıda yerləşir.
"Hazırda 103 min şagird layihəyə cəlb olunub. 2026-cı ilə qədər isə layihənin 280 min nəfəri əhatə etməsi hədəflənib. Builki festivalda həmçinin 6-10 yaş arası şagirdlər və universitetlər də təmsil olunur".