...

Allahşükür Paşazadə sabah Moskvaya gedəcək

Cəmiyyət Materials 5 Dekabr 2022 14:18 (UTC +04:00)
Allahşükür Paşazadə sabah Moskvaya gedəcək

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 6-9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.

İdarədən Trend-ə verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə dekabrın 8-9-da Moskva şəhərində keçiriləcək «Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri» mövzusunda 18-ci Beynəlxalq müsəlman forumunda iştirak edəcəkdir. Tədbir Peyğəmbər Məhəmməd Salavatullahın hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuşdur. «Beynəlxalq Müsəlman Forumu» təşkilatının, Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin təşkilatçılığı ilə baş tutan mötəbər Forumda mötədillik, mehriban qonşuluq, konfessiyalar və millətlər arası anlaşma, ümmətdaxili münasibətlər kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.

QMİ sədri Şeyxülislam A.Paşazadə beynəlxalq forumda məruzə ilə çıxış edəcək, tədbir çərçivəsində tədbirlərdə iştirak edəcək, nüfuzlu din xadimləri ilə görüşlər keçirəcəkdir.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətləri ilə görüşü nəzərdə tutulur. Dini liderlər Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dinlərarası dialoq və əməkdaşlıq sahəsində perspektivləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti