...

Azərbaycan hərbçilərinə NATO-nun treyninqi keçirilir

Cəmiyyət Materials 7 Dekabr 2022 13:09 (UTC +04:00)
Azərbaycan hərbçilərinə NATO-nun treyninqi keçirilir

Bakı. Trend:

Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.

Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti