Bakı. Trend:
Azərbaycanda ehtiyac meyarının həddi artırılıb.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında növbəti ildə ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
Müzakirələrdən sonra ehtiyac meyarı səsverməyə qoyularaq qəbul edilib.