...

Baş nazir millət vəkillərinə təşəkkür edib

Cəmiyyət Materials 9 Dekabr 2022 11:40 (UTC +04:00)
Baş nazir millət vəkillərinə təşəkkür edib

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin dövlət büdcəsinin müzakirələrində aktiv və səmərəli iştirakına görə millət vəkillərinə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, deputatlar müzakirələrdə aktiv iştirak etdilər, səmərəli təklif və rəylərini bildirdilər.

Qeyd edək ki, 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti