...

Azərbaycanın bəzi rayonlarında qaz təchizatında fasilə yaranıb

Cəmiyyət Materials 10 Dekabr 2022 23:17 (UTC +04:00)

Bakı. Trend:

Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, SOCAR "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub. Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib.

Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti