...

Səhiyyə Nazirliyinin rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2022 14:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 12-i müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq. Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti