...

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə çağırış etdi

Cəmiyyət Materials 12 Dekabr 2022 17:51 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə çağırış edib.

Qurumun baş inspektoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, sürücülər yağışlı havada diqqətli olmalı, “Yol hərəkəti haqında” qanunun tələblərinə riayət etməlidirlər.

“Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı indiyədək Fəxri xiyabana insan axını davam edir. Yollarda günün pik saatları olmağına baxmayaraq, hər bir istiqamətdə hərəkət tənzimlənir. Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində hərəkət sıxdır. Hazırda hərəkətin tənzimlənməsi üçün yol polisi əməkdaşları səfərbər olunublar”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti