...

Təhsilin keyfiyyəti və müəllimin əməkhaqqı artmalıdır - Tahir Mirkişili

Cəmiyyət Materials 15 Dekabr 2022 10:55 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün təhsil sahəsində iki mühüm sosial sifariş var, birincisi, təhsilin keyfiyyəti, ikincisi, müəllimin əməkhaqqı artmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, növbəti ilin dövlət büdcəsindən müəllimlərin əməkhaqlarının artırılması üçün 56 milyon manat, diaqnostikadan keçən müəllimlərin əməkhaqqının artırılması üçün isə 168 milyon manat ayrılması nəzərdə tutulur.

“Təhsilin keyfiyyətini artırmaq üçün nə etməliyik? Serfitikatlaşdırmanın keçirilməsi vacib bir qərardır. Bu proses məktəblərdə hökmən getməlidir. Bütövlükdə bu gün şagirdlərin yaxşı təhsil alması və müəllimlərin əməkhaqqının artırılması üçün sertifikatlaşdırma aparılmalıdır”, - deyə T.Mirkişili bildirib.

Xəbər lenti

Xəbər lenti