Bakı. Trend:
Kim Avropada təhsillə bağlı diplom gətirirsə bütün strukturlar qaça-qaça onu işə götürürlər.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycanda 200 bal toplaya bilməyənlər gedib xaricdə pul verib diplom alırlar, bütün strukturlar da qaça-qaça onları işə götürürlər ki, xaricdə təhsil alıblar.
“Bəs bizim universiteti bitirənlər necə olsun? Biz çalışmalıyıq ki, öz kadrlarımızı yetişdirək, təhsili inkişaf etdirməliyik. Xaricdə təhsil alanlar ölkəyə qayıdanda özləri ilə yeni əqidə, psixologiya, adət-ənənə, mənfi xüsusiyyətlər gətirir. Biz öz dövlətçiliyimizi qoyumalıyıq”, - deyə S.Novruzov əlavə edib.