Bakı. Trend:
Sumqayıtın "Ağıllı şəhər" konsepsiyası hazırlanacaq.
Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva mətbuat konfransında deyib.
Onun sözlərinə görə, pilot layihə üzrə 2023-cü ilin birinci rübündə işlərə başlanılacaq.
"Ağıllı şəhər" konsepsiyasının 3 istiqamət üzrə həyata keçirilməsi planlaşdırılır. Bunlar parkinq, vayfay, ictimai nəqliyyatda bağlı müəyyən həllərdir", - deyə İ.Vəliyeva bildirib.