...

Yaxın zamanda “Yüksəliş” müsabiqəsinə qeydiyyat barədə ictimaiyyətə məlumat veriləcək

Cəmiyyət Materials 20 Dekabr 2022 17:43 (UTC +04:00)
Yaxın zamanda “Yüksəliş” müsabiqəsinə qeydiyyat barədə ictimaiyyətə məlumat veriləcək

Bakı. Trend:

2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı. Növbəti “Yüksəliş” müsabiqəsi sayca keçirilən 3-cü müsabiqə olacaq. Yaxın zamanda müsabiqəyə qeydiyyat tarixləri və qeydiyyat prosesi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2019-2021-ci illərdə keçirilən ilk müsabiqənin 27, 2022-ci ildə keçirilən ikinci müsabiqənin isə 22 qalibi mövcuddur. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edib.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti