...

AzMİU-nun İnşaat Kollecində beynəlxalq proqram çərçivəsində təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2022 13:51 (UTC +04:00)
AzMİU-nun İnşaat Kollecində beynəlxalq proqram çərçivəsində təlim keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecində İsveç Beynəlxal İnkişaf və Əməkdaşlıq Agentliyinin (Sida) “RECONOMY” proqramı çərçivəsində təlim keçirilib. Təlimdə layihənin Azərbaycan üzrə kordinatoru, AzMİU-nun Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov, rektorun müşaviri İlham Mərdanov, DaşYunu şirkətinin rəhbəri Nuh Haşımov, kollecin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

“Binaların xarici istilik izoliyasiyası” mövzusunda keçirilən təlimdə professor Nurməmməd Məmmədov təqdimatla çıxış edərək tələbələrə mövzu haqqında geniş məlumat verib. Çıxışında istilik izoliyasiyası metodları, bu metodların enerji səmərəliliyinin artırılmasındakı rolundan danışan təlimçi qeyd edib ki, enerji balansının saxlanılması üçün xarici istilik izoliyasiyasının standarlara uyğun şəkildə tətbiqi vacibdir.

Nuh Haşımov da çıxışında binaların xarici istilik izoliyasiyasının enerji balansının qorunması baxımından son dərəcə vacib olduğuna diqqət çəkərək rəhbərlik etdiyi DaşYunu şirkətinin bu istiqamətdəki fəaliyyətindən danışıb. O, çıxışında istilik izoliyasiyası ilə bağlı beynəlxalq təcrübəyə, ölkəmizdə tətbiq olunan metodlara da toxunub.

Təlim zamanı tələbələrə binaların xarici istilik izoliyasiyasında istifadə olunan materiallar da nümayiş olunub.

Sonda təlimçilər tərəfindən mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb, qonaqlarla İnşaat Kolleci rəhbərliyi arasında kollecin istilik izoliyasiyası istiqamətində kadr hazırlığı, tətbiq olunan tədris materiaları və tələbələrin təcrübə imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti