...

Keçmiş məcburi köçkün məktəblərinin köçürülməsi üçün planlama işləri aparılır

Cəmiyyət Materials 24 Dekabr 2022 12:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda məcburi köçkün ümumtəhsil məktəblərinin köçürülməsi üçün bəlli planlama işləri aparılır.

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

O qeyd edib ki, 30 il ərzində çox şey dəyişib və həmin insanların qayıtması ilə bağlı planlama işi mütləq aparılmalıdır.

“Həmin əraziyə qayıdan insanların əmək bacarıqları ilə bağlı məsələ də araşdırılmalıdır. Bu prosesdə yeni bacarıqlar, yeni səriştələr çox vacibdir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti