...

Bu gün Deloitte “Azərbaycan Peşəkar Mühasiblər Klubu”nun açılış tədbirini keçirdi (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2022 14:20 (UTC +04:00)

Bakı. Trend:

Deloitte Azərbaycan şirkətinin təşəbbüsü ilə yaradılan Azərbaycan Peşəkar Mühasiblər Klubu mühasibat uçotu sahəsi üzrə çoxsaylı peşəkarları bir araya gətirmək, onları mühasibatlıq, vergi qanunvericiliyi, audit və digər əlaqəli sahələrdə baş verən ən son dəyişikliklər barədə məlumatlandırmaq, həmçinin bilik və bacarıqları ilə bölüşüb maarifləndirmək məqsədini daşıyır.

Açılış mərasiminə dəvət edilmiş xüsusi qonaqlar, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Abdullayeva Firuzə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov tədbir iştirakçılarını salamladılar. Firuzə Abdullayeva Azərbaycanda mühasibatlıq sahəsində son illərdə aparılmış islahatlar və gözlənilən dəyişikliklər barədə danışdı. Klubun iştirakçıları gündəmdə olan məsələlər ətrafında müzakirələr apardı və Klubun növbəti görüşləri üçün mövzular müəyyən edildi. Öz nitqindnə cənab Novruzov Azərbaycan Peşəkar Mühasiblər Klubunun məqsəd və məramının vacibliyi haqqında danışdı və Klubun gələcək fəaliyyətinə uğurlar arzu etdi.

Deloitte adı Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL (“Deloitte Qlobal”) və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL müştərilərə xidmətlər göstərmir. Ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə, risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər göstərən aparıcı markalardandır. Artıq iyirmi ilə yaxın müddətdir ki, Deloitte, Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda Deloitte Bakı ofisində 200 nəfərə yaxın işçi çalışır.

Xəbər lenti

Xəbər lenti