...

İçərişəhərin küçələrində bayram ab-havası (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2022 18:52 (UTC +04:00)
İçərişəhərin küçələrində bayram ab-havası (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İçərişəhərin küçələrində bayram ab-havası hiss olunur.

Rəngarəng işıqlarla bəzədilmiş meydan və küçələr, küknar ağacları yeni ilin gəlişindən xəbər verir. Qoşa qala qapısı meydanında və Qız qalası ətrafında təşkil olunan “Sehrli Qala" festivalında qonaqları müxtəlif əyləncəli proqramlar, oyun və musiqi nömrələri, sərgi-satış yarmarkası, həmçinin, hər növ suvenir, əl işləri və digər bayram atributlarının, orqanik məhsulların təqdimatı gözləyir.

Şənliyin kiçik yaşlı qonaqlarına xüsusi zonalar ayrılıb ki, burada onlar üçün xüsusi əyləncəli proqramlar təşkil olunur.
Əgər siz Bakının qədim koloritini duymaq və Yeni İli ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək istəyirsinizsə, İçərişəhərdəki “Sehrli Qala”ya baş çəkin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti