Bakı. Trend:
Azad edilmiş ərazilərdə DOST mərkəzlərinin açılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda bununla bağlı işlər aparılır.
"Azad olunmuş ərazilərdə, xüsusən də Şuşa şəhərində DOST mərkəzinin yaradılması nəzərdə tutulur",- F.Məmmədov bildirib.