...

Oğuzda polis əməkdaşları şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 31 Dekabr 2022 19:19 (UTC +04:00)
Oğuzda polis əməkdaşları şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərini və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.

Aztəminatlı ailələrin də evində qonaq olan asayiş keşikçiləri onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Bayram münasibətilə ailələri təbrik edən polis əməkdaşları gətirdikləri sovqatları onlara təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti