...

Azərbaycanda ictimai iaşə dövriyyəsi xeyli artıb

Cəmiyyət Materials 6 Yanvar 2023 20:59 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41,9 faiz artaraq 1 milyard 378,9 milyon manat olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 38,0 faiz artaraq 684,0 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti