...

İcra hakimiyyətləri hələ də torpaqlarda tikinti aparmağa sərəncam verir - Şöbə müdiri

Cəmiyyət Materials 26 Yanvar 2023 12:43 (UTC +04:00)
İcra hakimiyyətləri hələ də torpaqlarda tikinti aparmağa sərəncam verir - Şöbə müdiri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda 17 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ev altındadır, tikinti altındadı. Amma faktiki olaraq bizdə bu torpaqlara aid səmərəlilik tələb edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Kənd Təsərrfüatı Nazirliyinin Torpaqlardan İstifadə şöbəsinin müdiri Firidun Tağıyev deyib.

O qeyd edib ki, bu problem bələdiyyələrdən və icra hakimiyyətlərindən qaynaqlanır. “Bələdiyyələrin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti dayandırılıb, lakin icra hakimiyyətləri hələ də torpaqlarda tikinti aparmağa sərəncam verir”, - deyə o qeyd edib.

Nazirlik rəsmisi bildirib ki, bu məsələyə aydınlıq gətirilməlidir. “Ya bu torpaqlar əfv olunmalıdır, ya necəsə bununla bağlı məsələyə aydınlıq gətirilməlidir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti