Bakı. Trend:
Qanunsuz tikilmiş evlər barədə məsələni təcili həll etməliyik.
Trend-in məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, bir milyondan artıq belə vətəndaş var. “Bu vətəndaşlar pasport qeydiyyatından çıxarılır. Bu qədər vətəndaşı kənara ata bilmərik. Bu məsələ müzakirələrə çıxarılıb təcili şəkildə həll olunmalıdır”, - deyə deputat əlavə edib.