Bakı. Trend:
Azərbaycan və Türkiyə teleradio kanallarının yardım kampaniyası çərçivəsində ortaq yayımı başladı.
Trend-in məlumatına görə, televiziya kanallarının ortaq yayımı “Türkiyə, tək ürək” adlı yardım kanpaniyası çərçivəsində təşkil edilib.
Birgə yardım kampaniyasının yayımında 200-ə yaxın rəqəmsal, yerli, regional, milli və beynəlxalq televiziya və 500 radio iştirak edir.
Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.