...

Qarlı hava şəraiti Bakıdan regionlara gedən avtobus reyslərinə təsir etməyib

Cəmiyyət Materials 17 Fevral 2023 17:12 (UTC +04:00)
Qarlı hava şəraiti Bakıdan regionlara gedən avtobus reyslərinə təsir etməyib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Avtovağzalı Kompleksi (BBAK) Azərbaycanda müşahidə edilən qarlı hava şəraitində bölgələrə sərnişinlərin çatdırılmasını normal qaydada yerinə yetirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayon və şəhərlər istiqamətində hərəkət edən avtobusların qrafikində heç bir dəyişiklik yoxdur.

"Avtobuslar həmişəki qrafiklə hərəkət edir", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti