...

“Kapital Bank”ın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2023 12:48 (UTC +04:00)
“Kapital Bank”ın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

“Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Rövşən Allahverdiyev ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Camal Nağıyev və Xanbaba Sultanlı ilə görüş keçirib.

Görüşdə Camal Nağıyev və Xanbaba Sultanlını ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən Rövşən Allahverdiyev onların praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirib.

“Müsabiqənin ikinci dəfə keçirilməsinə baxmayaraq bu layihə ölkədə hamı tərəfindən maraqla qarşılanıb. Məhz “Yüksəliş” sayəsində bir sıra qaliblər Mentorluq proqramını başa vuraraq hazırda yüksək vəzifələrə təyin ediliblər. Birinci müsabiqədə olduğu kimi, bu dəfə də layihənin idarəçi rəhbərlərindən biri olaraq 1 illik fərdi inkişaf planı əsasında qaliblərlə sıx əməkdaşlıq edəcəyəm, təcrübələrimi onlarla bölüşüb potensiallarını üzə çıxarmağa kömək göstərəcəyəm. Əminəm ki, qaliblər bu imkandan lazımi səviyyədə bəhrələnib peşəkar həyatlarında müəyyən uğurlar qazana biləcəklər”, – deyə “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Rövşən Allahverdiyev bildirib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə Rövşən Allahverdiyeva təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti