...

Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbirlərinə hazırlıq işləri yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 24 Fevral 2023 10:06 (UTC +04:00)
Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbirlərinə hazırlıq işləri yekunlaşmaq üzrədir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşmaq üzrədir

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

O qeyd edib ki, Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı paytaxtın Xətai rayonunun Xocalı prospektində “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda aparılan hazırlıq işlərinə fevralın əvvəlindən başlanıb.

"Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır.

Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər yuyulur. Xocalı parkına gələn küçə və yollarda gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir. Artıq son tamamlanma işləri həyata keçirilir", - deyə şöbə müdiri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti