...

Bakıda metrodan istifadə edənlərin sayı 2,3 dəfə artıb

Cəmiyyət Materials 27 Fevral 2023 18:11 (UTC +04:00)
Bakıda metrodan istifadə edənlərin sayı 2,3 dəfə artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 16,3 faiz artaraq 17,3 milyon nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərnişinlərin 12,5 faizi metro nəqliyyatından istifadə edib. Ümumilikdə 2023-cü ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 138,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,0 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Ötən il ərzində də metrodan istifadə edən sərnişinlərin sayı ardıcıl olaraq artıb. Belə ki, 2022-ci ildə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,3 dəfə artaraq 208,7 milyon nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti