...

Azərbaycanda kompüter istehsalında artım qeydə alınıb

Cəmiyyət Materials 3 Mart 2023 13:43 (UTC +04:00)
Azərbaycanda kompüter istehsalında artım qeydə alınıb

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2023-cü ilin yanvar ayında kompüter istehsalında artım qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar ayında 12,3 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 44,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 30,9 faiz artıb.

Ötən il ərzində də ölkədə kompüter istehsalında artım qeydə alınmışdı. Belə ki, 2022-ci il ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 237,1 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 25,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 5,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti