...

Səhiyyə Nazirliyi Satınalma, Logistika və Sağlamlıq Məhsullarının İdarə Edilməsi üzrə mütəxəssis axtarır

Cəmiyyət Materials 27 Mart 2023 16:21 (UTC +04:00)
Səhiyyə Nazirliyi Satınalma, Logistika və  Sağlamlıq Məhsullarının İdarə Edilməsi üzrə mütəxəssis axtarır

Bakı. Trend:

QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Azərbaycan Respublikasında həyata keçirdiyi proqramları çərçivəsində Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunda Satınalma, Logistika və Sağlamlıq Məhsullarının İdarə Edilməsi üzrə Mütəxəssis(SLSMİEM) axtarılır

Agentlik haqqında qısa məlumat:

Qlobal Fond QİÇS, Vərəm və Malyariya kimi epidemiyaları sonlandırma prosesini sürətləndirmək üçün nəzərdə tutulmuş tərəfdaşlıqdır. Beynəlxalq təşkilat olaraq Qlobal Fond 100-dən çox ölkədə yerli ekspertlər tərəfindən həyata keçirilən proqramları dəstəkləmək üçün hər il vəsait toplayır və sərmayə qoyur. Hökumətlər, vətəndaş cəmiyyəti, texniki agentliklər, özəl sektor və xəstəliklərdən təsirlənən insanlarla əməkdaşlıq edərək, biz qarşıya çıxan maneələrlə mübarizə aparır və innovasiyalardan faydalanırıq.

Satınalma, Logistika və Sağlamlıq Məhsullarının İdarə edilməsi üzrə Mütəxəssisi gündəlik olaraq Layihə Əlaqələndirmə Bürosunun Direktoruna (“LƏB Direktoru”) hesabat verir və Qlobal Fondun Azərbaycanda QİÇS, Vərəm və COVID-19 proqramlarının səmərəli idarə olunmasında əsas rol oynayır. Mütəxəssis mürəkkəb və strateji məsələlərlə bağlı adekvat texniki ekspertizanın keçirilməsini təmin edir, risklərin təhlil olunmasına kömək edir və sağlamlıq məhsulları üçün təchizat zəncirinin səmərəli idarə olunması fəaliyyətləri üçün həll yolları təklif edir.

SATINALMA, LOGİSTİKA VƏ SAĞLAMLIQ MƏHSULLARININ İDARƏ EDİLMƏSİ ÜZRƏ MÜTƏXƏSSİSİN ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİNƏ AŞAĞIDAKILAR DAXİLDİR:

1. Azərbaycan Respublikasında Vərəm / İİV / COVİD-19 proqramlarına Qlobal Fond tərəfindən ayrılan qrant vəsaiti üzrə satınalma, daşınma (son istifadəçiyə çatdırılması) və Sağlamlıq Məhsullarının İdarə Edilməsi ilə bağlı işlərin yerinə yetirimək:

  • Sağlamlıq məhsullarından ibarət siyahıların hazırlanmasından qrantın bağlanmasına qədər bütün Qlobal Fond qrantı dövrü ərzində Layihə Əlaqələndirmə Bürosuna (“LƏB”) məsləhətlər vermək və Satınalmalar haqqında Azərbaycan Respublikasının Qanununa və Qlobal Fondun satınalma qaydalarına uyğun olaraq Satınalmaya dair Fəaiyyət Planlarının hazırlanmasına, həyata keçirilməsinə və monitorinqinə dəstək vermək;
  • Qlobal Fonda maliyyələşmə ilə bağlı təkliflərin hazırlanmasında, həmçinin müraciətlərin yenidən proqramlaşdırılması, proqramın məqsədləri və fəaliyyətləri əsasında Satınalma və Təchizatın İdarə olunması («PSM ») büdcələrinin hazırlanmasında LƏB-ə kömək etmək;
  • Sağlamlıq məhsullarının satın alınması və təchizat zəncirinin idarə olunması sahəsində riskləri müəyyənləşdirmək və təsirin azaldılması strategiyalarını hazırlamaqda LƏB-ə kömək etmək;
  • Bütün icra mərhələlərində tədbirlərin vaxtında görülməsini təmin etmək üçün Qlobal Fond layihəsi üzrə satınalma fəaliyyətlərini təşkil etmək və əlaqələndirmək;
  • Qlobal Fondun Vərəm / İİV / COVID-19 proqramları əsasında PSM üzrə Qlobal Fondun satınalmalarla məşğul olan maraqlı tərəfləri, milli və beynəlxalq satınalma agentlikləri ilə əlaqə saxlamaq;
  • Tibbi mal və ləvazimatlarla bağlı beynəlxalq şirkətlərlə əlaqələr qurmaq və əməkdaşlıq yaratmaq, tərəfdaşların cəlb edilməsi istiqamətində danışıqlar aparmaq.

2. Azərbaycan Respublikasının milli satınalma prosedurlarının və Qlobal Fondun satınalma qaydalarının yerinə yetirilməsini təmin etmək:

  • Wambo, UNDP, GDF və digər platformalarda birləşdirilmiş beynəlxalq satınalma mexanizmləri çərçivəsində satınalma işlərinə rəhbərlik etmək;
  • Tender prosesini və digər müqavilə sənədlərini təşkil etmək;
  • Tender təkliflərinin qiymətləndirilməsi prosesində, eləcə də müqavilələrin bağlanması üçün tövsiyələrin hazırlanmasında iştirak etmək;
  • Akkreditivlərin açılmasında, ödəniş tapşırıqlarının və ödəniş tələblərinin yaradılmasında LƏB-in maliyyə işçilərinə köməklik göstərməklə satınalma müqavilələrinin icrasını asanlaşdırmaq;
  • Layihə əsasında alınan / razılaşdırılan avadanlıqların, malların, işlərin və xidmətlərin təmin olunmasına nəzarət etmək,malların təhvil-təslim aktlarının saxlanılmasına cavabdehdir ;
  • Gedişatla bağlı hesabatların, layihənin tamamlanmasına dair hesabatın və LƏB Direktoru tərəfindən tələb olunan hər hansı digər hesabatların hazırlanmasında iştirak etmək;
  • Layihə çərçivəsində alınan bütün malların / məhsulların sığortasını təşkil etmək;
  • Beynəlxalq idxal-ixrac və daxili əməliyyatlar üçün optimal logistikanı təşkil etmək;
  • İdxal və daşınma zamanı gömrük rəsmiləşdirməsi üçün gömrük əməkdaşına təqdim olunacaq yük sənədlərini (Hesab-faktura, Qablaşdırma siyahısı, Mənşə Sertifikatı, CMR, Müqavilə və s.) yoxlamaq;
  • Göndəriş prosesinə əvvəldən axıra qədər nəzarət etmək, çatdırılmaların vaxtında təmin edilməsi,maların dövriyyəsinə və anbarda saxlanmasına nəzarət etmək, tranzaksiya məsələlərinin həlli və mühüm məlumatların toplanması üçün beynəlxalq təchizatçılar, daşıyıcılar və ekspeditorlarla gündəlik yazışmalar aparmaq;
  • Bazar təhlili, daxili və xarici bazarlarda tələb olunan materialların araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili.

MÜVAFİQ SAHƏDƏ MİNİMUM İŞ TƏCRÜBƏSİ

Səhiyyə proqramları üzrə satınalma və təchizat zəncirinin idarə edilməsi sahəsində magistr dərəcəsi ilə minimum 5 il, bakalavr dərəcəsi ilə isə minimum 7 il uğurlu iş təcrübəsi və ya ən azı 3 il beynəlxalq təcrübə.

TƏLƏB OLUNAN BACARIQLAR

  • Milli satınalma qayda və prosedurlarını bilmək
  • Sağlamlıq məhsullarına dair beynəlxalq satınalma siyasətləri və prosesləri ilə tanışlıq
  • Səhiyyə sahəsində satınalma planlarının hazırlanmasında bilik və təcrübə
  • Sağlamlıq məhsullarının kəmiyyətinin müəyyən edilməsində milli xəstəlik proqramları ilə iş təcrübəsi
  • PSM sahəsində milli və / yaxud beynəlxalq sağlamlıq proqramlarında iş təcrübəsi
  • Mürəkkəb məsələlərin həll olunmasında liderlik bacarığı
  • Ölkə səviyyəsində və beynəlxalq tərəfdaşlarla işlərə rəhbərlik etmək, belə işlərdə əməkdaşlıq etmək və onları əlaqələndirmək.

TƏLƏB OLUNAN DİL BACARIQLARI:

İngilis dili – səlis, Azərbaycan dili – iş səviyyəsində və Rus dili – yaxşı iş səviyyəsində arzuolunandır

Müqavilənin növü : Xidməti

Əmək haqqı səviyyəsi: 3000 manata qədər

Elanla maraqlananlar öz təkliflərini aşağıdakı formatda 29 aprel 2023-cü il tarixində saat 17:00-a qədər [email protected] ünvanına təqdim etməlidirlər:

1. Qoşma məktub

2. Təfsilatlı texniki təklif

3. Qiymət təklifi

4. Xüsiyyətnamələr

Əlaqə nömrəsi: +99412 4982032

Xəbər lenti

Xəbər lenti