...

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Cəmiyyət Materials 28 Mart 2023 09:00 (UTC +04:00)
Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Bakı. Trend:

Ağsu Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı hərəkətdə olan “VAZ” markalı avtomobilin dövlət nömrə nişanı standartlara uyğun olmadığı üçün sürücüsünə “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Həbib Həmidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Həmidovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, 400 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti