...

İlahiyyat İnstitutu növbəti dərsliyini nəşr etdirib

Cəmiyyət Materials 28 Mart 2023 14:57 (UTC +04:00)
İlahiyyat İnstitutu növbəti dərsliyini nəşr etdirib

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazovun “Elmihal” adlı dərsliyi nəşr olunub.

Altı fəsildən ibarət olan dərslik İslam dininin ibadət əsaslarının təharət, dəstəmaz, namaz, oruc, zəkat, xüms, həcc və qurban mövzularını, namazda oxunan dua və qısa surələri əhatə edir. Kitabda dinin hökmləri Azərbaycanda tarixən mövcud olan ənənəvi dini məktəblər əsasında verilib. Ədəbiyyat nümunəsində dini məsələlərin dəlilləri və istinadları öz əksini müqayisəli formada tapıb. Kitab ilahiyyat təhsili alan tələbələr və həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti