...

Tokio - Tel-Əviv təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib

Hadisə Materials 30 Mart 2023 23:02 (UTC +04:00)
Tokio - Tel-Əviv təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib

Bakı. Trend:

EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti