...

Narkotiklə mübarizə milli təhlükəsizlik məsələsidir - AzMİU-da maarifləndirici görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2023 11:25 (UTC +04:00)
Narkotiklə mübarizə milli təhlükəsizlik məsələsidir - AzMİU-da maarifləndirici görüş keçirilib (FOTO)

Bakı. Trend:

Günümüzün ən böyük bəlası olan narkomaniyaya qarşı mübarizə çərçivəsində növbəti maarifləndirici tədbirlərdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilib.

Tədbirdə AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, “Narkotizmlə mübarizə” İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə, “Narkotizmlə mübarizə” İctimai Birliyinin eksperti Anar Sarıyev, AzMİU-nun nəzdində İnşaat Kollecinin tərbiyə işləri üzrə direktor müavini Muxtar Həsənov və videoblogger Nail Kəmərli iştirak ediblər.

AzMİU THİK-in sədri Bayram Aslanov çıxış edərək narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində universitetdə görülən işlərdən danışıb. Bayram Aslanov qeyd edib ki, narkotiklə mübarizə ölkəmizin milli təhlükəsizlik məsələsidir və gənclərin bu zərərli vərdişdən qorunması üçün AzMİU THİK tərəfindən bundan sonra da maarifləndirmə işləri aparılacaq.

Kənan Qubadzadə, Anar Sarıyev, Nail Kəmərli isə çıxışlarında narkotik vasitələrinin insan həyatına təsiri, ölkəmizdə narkomaniya və narkobiznesin qarşısının alınma yolları, gəncləri zərərli vərdişlərə, narkotik maddə istifadəçiliyinə cəlb edən əsas səbəblər barədə öz fikirlərini bölüşüblər. Onlar gəncləri narkotikdən uzaq olmağa, maariflənmə işində birgə fəaliyyətə səsləyiblər.

Sonra Muxtar Həsənovun “Narkomaniya ilə mübarizədə informativ və məntiqi yanaşma” adlı məruzəsi dinlənilib. Məruzədə narkotikdən istifadənin insan sağlamlığına zərəri, insanların fərdi, ailə və sosial həyatını necə məhv etdiyi barədə məlumat verilib. Gənclərə özlərini bu bəladan qorumaq, aldanmamaq, sağlam həyat tərzi keçirmək məsləhət görülüb.

Tədbirdə, həmçinin ağ ölümə qarşı ümummilli mübarizənin aparılmasının vacibliyinə toxunulub. “Ümid yeri” reabilitasiya mərkəzinin əməkdaşı və əvvəllər narkotik aslılığı olan yeniyetmə də bu bəlanın dəhşətini öz həyat hekayələri ilə bir daha diqqətə çatdırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti