...

Azərbaycanda nikahların sayı azalıb

Cəmiyyət Materials 17 Aprel 2023 12:15 (UTC +04:00)
Azərbaycanda nikahların sayı azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Qeyd edək ki, ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti