...

AzMİU-nun “PİTech” komandası “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin qalibləri arasında (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2023 16:46 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin “PİTech” komandası “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin 2-ci mərhələsində iştirak hüququ qazanıb.

AzMİU-dan Trend-ə verilən məlumata görə, Tələbə Elmi Cəmiyyətinin üzvləri – Rizvan Fərzəliyev, Səbilə Zeynallı, Məhəmməd Abbaslı, Turan Məmmədov və Adil Rəhimov “PİTech” komandası adı altında mübarizə aparır.

AzMİU-nun komandası 42 komanda içərisindən seçilən ən yaxşı 15 komandadan biri olub. Müsabiqənin ilkin “Layihələndirmə” mərhələsini uğurla tamamlayan komanda növbəti, yəni “Reallaşdırma” mərhələsində mübarizəni davam etdirəcək.

Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti