...

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2023 17:02 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada qəbulunu keçirib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər məşğulluq, torpaq sahəsinin sənədləşdirilməsivə digər sosial müafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti