...

Havadan peyvəndləmə ilə quduzluqla mübarizədə irəliləyiş əldə etmək mümkündür - AQTA sədri

Cəmiyyət Materials 25 Aprel 2023 09:28 (UTC +04:00)
Havadan peyvəndləmə ilə quduzluqla mübarizədə irəliləyiş əldə etmək mümkündür - AQTA sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Havadan peyvəndləmə ilə quduzluqla mübarizədə irəliləyiş əldə etmək mümkündür.

Trend-in məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AQTA, Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə bu gün Bakıda keçirilən tədbir zamanı deyib.

O qeyd edib ki, regionda vəhşi təbiətin əsas problemlərindən biri də quduzluq xəstəliyidir.

"İlk dəfə aviasiyadan istifadə etməklə quduzluq əleyhinə peyvəndləmə aparılıb. Gürcüstanla sərhəd ərazilərdə aldadıcı yemlərdən istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olunub. Hesab edirəm ki, bununla da problemlə mübarizədə irəliləyiş əldə etmək mümkündür”, - deyə Q.Təhməzli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti