...

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2023 10:43 (UTC +04:00)

Bakı. Trend:

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub.

Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı Azərbaycan Banklar Assosiasiyası tərəfindən yaradılmış "Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi" işçi qrupunun üzvləri də iştirak edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə danışıb, bu sahədə dövlət monitorinqinin həyata keçirilməsinin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin Əlilliyi olan şəxslərin hüquqları sektorunun müdiri Nərmin Fətəliyeva nazirlik tərəfindən 2022-ci il ərzində əlilliyi olan şəxslərin hüquqları sahəsində görülmüş işlər barədə danışıb.

DOST Agentliyinin əməkdaşı Zəhra Həsənova "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində görülən işlər" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.

Agentliyin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov əlilliyi olan şəxslərin bank xidmətləri sahəsində üzləşdikləri maneələr barədə danışıb.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları öz rəy və təkliflərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti